AGF Kuboku son gün: sərbəst güləş üzrə gənclər yarışır
Bakı Olimpiya İdman Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir. İdman.com.az saytının məlumatına görə turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Belarus, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, İran, Tacikistan, İsveçrə, Macarıstan, Latviya, Gürcüstan və Qırğızıstan güləşçiləri iştirak edir.

Turnirin proqramına əsasən, ilk gündə yunan-Roma güləşi üzrə yeniyetmələr mübarizə aparıb. Güləşçilərimiz ilk gündə 6 qızıl, 7 gümüş və 7 bürünc medal qazanıb. Komanda hesabında Azərbaycan birinci, Türkiyə ikinci, İran isə üçüncü pillədə qərarlaşıb.

Turnirin ikinci günündə yunan-Roma güləşi üzrə gənclər arasında yarışlar keçirilib. 106 pəhləvanın mübarizə apardığı yarış günündə güləşçilərimiz 6 qızıl, 4 gümüş və 5 bürünc medala yiyələniblər. Komanda hesabında yığmamız ilk sırada qərarlaşıb. Gürcüstan ikinci, Türkiyə güləşçiləri üçüncü olub.

Turnirin üçüncü günündə sərbəst güləş üzrə yeniyetmə güləşçilər mübarizəyə qoşulub. 70 pəhləvanın mübarizə apardığı yarışda güləşçilərimiz 6 qızıl, 5 gümüş və 10 bürünc medal qazanıb. Komanda hesabında sərbəst güləş üzrə yeniyetmə yığmamız birinci olub. Gürcüstan ikinci, Macarıstan üçüncü sırada qərarlaşıb.

Turnirin son günündə sərbəst güləş üzrə gənclər arasında yarışlar keçirilib. Yarışların son günündə 132 pəhləvan mübarizə aparıb.

Xəbər 804 dəfə oxundu.