Boston Maratonun qalibləri müəyyənləşdi
Boston Maratonun bu ilki qalibi qadınlar arasında Keniyalı Rita Jeptoo, kişilərdə isə Meb Keflezighi olub.
      
İdman.com.az saytının verdiyi məlumat görə, keçən ilki marafonun da qalibi olmuş Rita Jeptoo yarışma əvvəlində etdiyi şərhdə 2013-cü ildəki təşkilat əsnasında meydana gələn partlayış səbəbindən zəfərinə sevinəmədiyini ifadə edib: 'Bu il təkrar qazanacam, bu ilki nəticəmin keçən ilkindən daha üstün olacağına inanıram. Bu oyunun qalibi mən olsam bilin ki, çox xoşbəxt olacam.'
      
Kişilər arasında isə yarışın birincisi San Dieogodan yarışa qatılan amerikalı Meb Keflezighinin olub.

Qeyd edək ki, Boston Maratonunda ABŞ-lı idmançılar arasında son birincilik 1983-cü ildə Greg Meyerə məxsus olub.

Xəbər 808 dəfə oxundu.