Taekvando üzrə rayon turniri keçirilib
Aprelin 20 də Ağcabədi rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının
91-ci il dönümünə həsr olunmuş taekvando üzrə uşaq və yeniyetmələr arasında rayon turniri keçirilib.

Ağcabədi şəhər mərkəzi stadionunda 44 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi Taekvan-do idman növünün inkişaf etdirilməsi olub.

Sonda Elşad Cəfərov (23 kq), Bəxtiyar Məmmədzadə (25 kq), Elmir Ağamirov (27 kq), Əli Əkbərov (29 kq), Elmar Quliyev (31 kq), Həsənli Rüfət (30 kq), Pərviz Novruzov (33 kq), Zaur Şirinov (37 kq), Anar Hüseynli (41 kq), Həsən Həsənov (45 kq) yüksək yerlərə layiq görülüblər.

Xəbər 922 dəfə oxundu.