Joakim Noa ilin ən yaxşı basketbolçusu seçildi
2013-14-cü il mövsümün liqasında basketbol üzrə ən yaxşı müdafiə olunan oyunçusu müəyyənləşib. Belə ki, ən yaxşı basketbolçu «Çikaqo» komandasının mərkəz oyunçusu Joakim Noa seçilib.

İdman.com.az saytı CSNChicago.com saytına istinadən xəbər verir ki, fransız basketbolçunun bu mövsüm göstəriciləri 12,6 xal, 11,3 ribaund, 5,4 ötürmə, 1,2 topalma və 1,5 blokdur.

Xəbər 946 dəfə oxundu.