Əliyev Məmmədcəfər Musa oğlu
23 fevral 1955-ci ildə Naxçıvan MR-nın Qaraçuq kəndində anadan olub.
1972-ci ildən əmək fəaliyyətinə başlayıb.1980-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 1980-1987-ci illərdə Naxçıvan UGİM-də boks üzrə məşqçi-müəllim, 1987-ci ildən isə məktəbin direktoru vəzifəsində işləyir. 2002-ci ildə Naxçıvan MR Boks Federasiyasının sədr müavini təyin edilib.

Boks üzrə idman ustası, respublika və beynəlxalq dərəcəli hakimdir, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi adına layiq görülüb. Boks üzrə Azərbaycan birinciliyinin və bir çox turnirlərin dəfələrlə qalibi olub. Yetirmələrindən İlham Kərimov XXVI Yay Olimpiya Oyunlarının iştirakçısı olub, Məhəmməd Əliyev, Teymur Əsgərov, Bəhruz Qazıyev isə respublika birinciliklərinin qalibi və beynəlxalq turnirlərin mükafatçılarıdır.

Azərbaycan Respublikası Prezidentinin 05 mart 2008-ci il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Xəbər 1355 dəfə oxundu.