Yığmamız üçün daha bir rəqib
Avqustun 20-də Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirəcək.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamız qeyd olunmuş tarixdə, Bakı şəhərində Özbəkistan yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, Berti Foqtsun komandası mayın 27-də ABŞ yığması ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Xəbər 832 dəfə oxundu.