Mançini futbolçularını təhqir edib
"Qalatasaray"ın baş məşqçisi Roberto Mançinin Türkiyə superliqasında "Kasımpaşa" ilə matç zamanı futbolçularını təhqir edib.

Təcrübəli mütəxəssis İstanbul klubunun öz meydanında 0:4 hesabı ilə məğlub olduğu görüşdə oyunçuları haqda xoşagəlməz ifadələr işlədib. Mançinin bu davranışı həm futbolçuları, həm də rəhbərliyi narahat edib. Baş məşqçinin bu cür hərəkətlərinin oyunçuların həvəsdən düşməsinə səbəb olduğu bildirilir.

Sözügedən qarşılaşmada məğlubiyyətdən sonra 2 günlük icazə alıb Milana gedən çalışdırıcının "Qalatasaray"dan mövsüm başa çatdıqdan sonra ayrılacağı iddia edilir.

Xəbər 961 dəfə oxundu.