5 boksçumuz ¼ finalda | |
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənclər arasında boks üzrə dünya birinciliyində ¼ finalçıların adları məlum olub. Yeniyetmələrin II Olimpiya oyunlarına lisenziya xarakterli yarışda 5 boksçumuz ¼ finala vəsiqə əldə edib. Dünən axşam proqramında daha iki boksçumuz döyüşlərini qələbə ilə başa vurub. 91 kq çəki dərəcəsində mübarizə aparan Şükran Mehdiyev Türkiyə idmançısı Məhəmməd Aydın üzərində qələbə qazanıb – 3:0. Superağır çəki dərəcəsində yarışan Məhəmmədəli Tahirov da Türkiyə boksçusunu yarışdan kənarlaşdırıb. Həmyerlimiz Eren Uzunu çətinlik çəkmədən məğlub edib – 3:0. Bu gün keçiriləcək ¼ final mərhələsində idmançılarımızın rəqibləri: 49 kq: Rüfət Hüseynov – Niko Hernandez (ABŞ) 64 kq: Cavid Quliyev – Vinçenzo Areççia (İtaliya) 91 kq: Şükran Mehdiyev – Toni Filpi (Xorvatiya) 52 kq: Məsud Yusifzadə - Daniel Asenov (Bolqarıstan) 91+kq: Məhəmmədəli Tahirov – Marat Kerimxanov (Rusiya) Qeyd edək ki, bu gün günorta proqramı Bakı vaxtı ilə saat 16-da, axşam proqramı isə 20:00-da start götürəcək. |
|
Xəbər 939 dəfə oxundu. |
|
|