Kapoeyra üzrə Bakı turniri
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Turan-do Federasiyasının təlim-məşq bazasında "17 noyabr - Milli Dirçəliş Günü"nə həsr olunmuş kapoeyra üzrə turnir keçirilib. İdman.com.az saytı xəbər verir ki, turnirdə ümumilikdə 41 nəfər idmançı iştirak edib.
Yarışda idmançılar 5 yaş qrupu üzrə çıxış ediblər. Vaqif Əliyev (7-9 yaş), Cavidan Piriyev (10-13 yaş), Fərid Səlimov (14-15 yaş), Orxan Heydərov (16-17 yaş), Rəşad Əliyev (18 və daha yuxarı yaş) bütün rəqiblərini üstələyərək birinci yeri tutublar.
İlk üç pilləni tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Xəbər 2815 dəfə oxundu.