Ronaldo: "Bavariya" ilə oyuna hazıram"
Zədədən əziyyət çəkən "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasının yarımfinal mərhələsində "Bavariya"ya qarşı oynayacaq.

Bu barədə portuqaliyalı futbolçunun özü məlumat verib:

"Vəziyyətim gündən-günə yaxşılaşır. Artıq heç bir ağrı hiss etmirəm. "Bavariya"ya qarşı oynamağa hazıram".

Qeyd edək ki, "Real" (Madrid) - "Bavariya" oyunu aprelin 23-də, Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.

Xəbər 859 dəfə oxundu.