Qadın taekvondoçularımız Koreyaya yollanır

Azərbaycanın qadınlardan ibarət taekvondo üzrə milli komandası Koreyaya növbəti təlim-məşq toplanışına yola düşür. Baş məşqçi Sun Mi Parkın bildirdiyinə görə, noyabrın 16-dan hazırlığa başlayacaq heyətə yığmanın 5 üzvü qatılıb. Bunlar Xəyalə Quliyeva (46 kq), Türkanə Tahirli (49 kq), Səbinə Mikayılova, Günay Ağakişiyeva (hər ikisi - 57 kq) və London olimpiadasına lisenziya qazanan Fəridə Əzizovadır (67 kq).
Taekvondoçularımız Kongi şəhərində 18 günlük toplanışda “Suvon” klubu, eləcə də, “Kyunqhi” və “Yongil” universitetlərinin komandaları ilə yoxlama görüşləri keçirəcəklər. Dekabrın 4-də vətənə dönəcək idmançılarımız, bir həftə sonra Fransaya, “Paris Open” beynəlxalq turnirinə yollanacaqlar.

Xəbər 1543 dəfə oxundu.