"Barselona" "Real"ı təbrik etdi
"Barselona" klubu İspaniya kubokunun finalında 1:2 hesabı ilə məğlub olduqları əzəli rəqibləri - Madrid "Real"ını təbrik edib.

Kataloniya klubunun rəsmi "tvitter" səhifəsindən qələbə münasibəti ilə Madrid təmsilçisinə təbrik ünvanlanıb.

Həmin müraciətdə "İspaniya kubokunun finalındakı qələbə münasibəti ilə "Real"ı təbrik edirik" cümləsi yazılıb.

Qeyd edək ki, finalda "Barselona"ya 2:1 hesabı ilə qalib gələn "Real" kuboka sahib çıxıb.

Xəbər 871 dəfə oxundu.