Kiçik yaşlı yeniyetmələr Konyada sınaqdan keçiriləcək
19-24 aprel 2014-cü il tarixdə Türkiyənin Konya şəhərində kiçik yaşlı yeniyetmələr arasında beynəlxalq turnir keçiriləcək.

Sərbəst güləş üzrə kiçik yaşlılardan ibarət yığma komandanın üzvləri turnirdə iştirak edəcək.

Məşqçi Namiq Quliyev və yığma komandanın baş məsləhətçisi Saypulla Absaidovun rəhbərliyi altında Türkiyəyə 8 idmançımız yollanacaq. Turnirdə ölkəmizi Telman Əliyev, Əsgər Məmmədəliyev (hər ikisi 38 kq), Əşrəf Aşirov, Ramiz Həsənov (hər ikisi 42 kq), Simran Cəfərov (49 kq), Hüseyn Hüseynzadə (59 kq), Nəsib Osmanov (66 kq) və Əhliman Quliyev (73 kq) təmsil edəcək.

Xəbər 794 dəfə oxundu.