Simeone Argentina millisini çalışdıra bilər
Argentina futbol federasiyası Dieqo Simeoneni baş məşqçi təyin etmək istəyir. 34 yaşlı mütəxəssisi təyin etməkdə məhz prezident Xulio Qrondona maraqlıdır. Məlumata görə, dünya çempionatından sonra hazırki baş məşqçi Sabelya istefaya göndəriləcək.

Xatırladaq ki, Dieqo Simeonenin Atletiko ilə 2017-ci ilə qədər müqaviləsi var. Onunla Barselona , Monako və İnter komandaları da maraqlanır.


Xəbər 818 dəfə oxundu.