Ronaldo: "Artıq La Liqada çempionluq haqda düşünə bilərik"
"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo dünən "Barselona" ilə keçirilən kubok matçından sonra maraqlı açıqlamalar verib.

"Goal.com"a danışan portuqaliyalı futbolçu "Real"ın layiqli qələbə qazandığını bildirib:

"Real" qələbəni haqq etdi və layiqli qələbə qazandı. "Barselona"dan daha yaxşı oynadıq, xeyli qol epizodları yaratdıq ki, bunlardan da ikisini məntiqi sonluqla başa çatdırdıq. Ümumilikdə kuboku qazanmaq çətin oldu. Buna görə də kuboka sahib çıxdığımız üçün ikiqat sevincliyik. Artıq La Liqada çempionluq haqda düşünə bilərik".

Qeyd edək ki, zədə səbəbindən Ronaldonun iştirak etmədiyi görüş 2:1 hesabı ilə "Real"ın xeyrinə başa çatıb.

Xəbər 774 dəfə oxundu.