“Neftçi” – “Rəvan” oyunu heç-heçə başa çatıb
Futbol üzrə Azərbaycan kuboku yarışlarının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Rəvan” komandası səfərdə “Neftçi”nin qonağı olub.

“Bakcell Arena”da keçirilən oyun heç-heçə yekunlaşıb. – 1:1.
“Neftçi”nin heyətində Araz Abdullayev, rəqib komandadan isə Tyaqo de Souza fərqləniblər.
“Rəvan” komandasının baş məşqçisi Güvenc Kurtar bildirib ki, kubokda iki oyun olur. Finala çıxacağımıza inanıram. Bu oyunda qol vurmaq istəyirdik. İkinci hissədəki əvəzetmələr də bu məqsədlə olunmuşdu, risk etdim. “Neftçi” ilk hissədə bizə oynamağa imkan vermədi. İkinci hissədə isə oyunçularımız ötürmələrdə daha yaxşı təsir bağışlayırdılar, nəticədə lazım olan qolu vurduq. Cavab oyununda üstünlüyümüz olacaqdır. İki futbolçumuz kart cəzalısı olduğu üçün cavab oyununda oynamayacaq.
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyibr: “Əlimizə düşən imkanlardan istifadə edə bilmədik. Kubok iki oyundan ibarətdir. Cavab oyununda bütün suallara aydınlıq gətirəcəyik. Rəqibin seçəcəyi taktikadan asılı olmayaraq “Neftçi” qələbəyə oynayacaq. Erik Ramosun yoxluğunu əvəz edə bilmədik. “Rəvan” cavab oyununda qolsuz heç-heçəni saxlamağa çalışacaq. Lazım olsa, həmin oyunda 5 hücumçu ilə oynayacağıq. Komandanın fiziki hazırlığına ispaniyalı məşqçi cavabdehdir. Komandada arxayınlıq var idi, klub daxilində bu məsələni müzakirə edəcəyik”.

Xəbər 957 dəfə oxundu.