Çempion tez müəyyən oluna bilər
Voleybol üzrə ölkə çempionatında qadınların yarışında bürünc medal uğrunda və finalın növbəti oyunları keçirilib. Üçüncülük üçün mübarizə aparan “İqtisadçı” və “Azərreyl” bu gün meydana birinci çıxıblar. Universitet təmsilçisi dünən olduğu kimi, yenə də Aleksanr Çervyakovun komandasından üstün olub. 3:0 hesablı qələbədən sonra “tələbələr” ümumi hesabdakı üstünlüklərini 2-ə yüksəldiblər.

Bu görüşün ardından “Rabitə” və “Azəryol” münasibətlərinə aydınlıq gətiriblər. Ancelo Vercessinin yetirmələri “rabitəçilər”ə yenə məğlub olublar. 4 setlik mübarizədən sevinən tərəf kimi ayrılan “Rabitə” da üstünlüyünü 2-ə çatdırıb.

Qeyd edək ki, tərəflərin növbəti qarşılaşması aprelin 18-də baş tutacaq. “Azəryol” və “Azərreyl” seriyanın uzanması üçün mütləq qalib gəlməlidirlər.

Super Liqa
15 aprel
3-cü yer uğrunda, ikinci oyun
“İqtisadçı” – “Azərreyl” 3:0 (27:25, 25:20, 26:24)
Final, ikinci oyun
“Rabitə” – “Azəryol” 3:1 (25:16, 20:25, 25:16, 25:19)

Xəbər 1158 dəfə oxundu.