"Çelsi"dən Dieqo Kostaya 65 milyon avro
"Çelsi" klubu Madrid "Atletiko"sunun hücumçusu Dieqo Kostanı transfer etməkdə israrlıdır.

London təmsilçisi mövsümün sonunda ispaniyalı futbolçunu heyətinə qatmağı planlaşdırır.

İngiltərə təmsilçisi Kostanın transferi üçün 65 milyon avro xərcləməyə hazırdır. 25 yaşlı futbolçunun "Çelsi"dəki qazancı da açıqlanıb. Kosta London klubunda həftəsinə 225 min avro qazanacaq.

Qeyd edək ki, Kosta ilə Fransanın "Monako" klubu da yaxından maraqlanır.

Xəbər 941 dəfə oxundu.