Stefano Domenicalini Marco Mattiacci əvəz edəcək
Formula 1 komandalarından Ferrari vəzifəsindən ayrılan Stefano Domenicalinin yerinə Marco Mattiacci gətirilib.

İdman.com.az saytının məlumatına görə, 48 yaşlı Domenicali Jean Todtun ayrılmasından sonra 2008-ci ildən bu komandanın müdiri olub.

Komandanın pis oyunlar ilə əlaqədar məsuliyyəti üzərinə götürən Domenicali , "Dəyişmə zamanı gəldiyinə inanıram. Ferrari ən qısa zamanda haqq etdiyi yerə gələcək. Tək kədərim möhkəm işimizin qarşılığını alamamağımızdır . Məni dəstəkləyən bütün tərəfdarlarıma öz təşəkkürümü bildirirəm" .

Qeyd edək ki, onun rəhbərliyi dövründə Ferrari ilk mövsümündə markalar reytinqində çempionluğa çatarkən , 2012-ci ildə ikinci yeri tutmuşdu. 2014-cü il mövsümünə pis bir başlanğıc edən Ferrari komandası podium müvəffəqiyyəti əldə edə bilmədiyi ilk üç yarış sonunda markalar reytinqində 33 xalla 5-ci sırada iştirak edir.

Yeni komanda müdiri Mattiacci liderliyindəki Ferrari ilk imtahanını aprelin 18-20-də Çindəki yarışda verəcək.

Xəbər 768 dəfə oxundu.