İlkay Gündoğan "Borussiya" ilə müqaviləni uzatdı
"Borussiya" (Dortmund) klubu son dövrlərdə adı "Real" və "Mançester Yunayted"lə hallanan oyunçusu İlkay Gündoğanla yeni müqavilə imzalayıb.

Türk əsilli yarımmüdafiəçi ilə 2016-cı ilə qədər razılaşma əldə olunub.

Bu barədə Almaniya klubunun rəsmi "Twitter" səhifəsi məlumat yayıb.

Qeyd edək ki, Almaniya millisinin üzvü olan futbolçunun müqaviləsi 2015-ci ildə başa çatacaqdı.

Xəbər 916 dəfə oxundu.