Sıftə Məsuddan gəldi
Bu gün Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə gənclər arasında dünya birinciliyinə start verilib. Azərbaycan idmançılarından bu gün yalnız Məsud Yusifzadə (52 kq) rinqə çıxıb. Gənclər arasında Avropa birinciliyinin mükafatçısı yaponiyalı Kantaro Juri üzərində qələbə qazanıb. Həmyerlimiz 116 funal mərhələsində Kanada təmsilçsi Adrian Halfordla üz-üzə gələcək.

Sabah boksçularımızdan Tayfur Əliyev (56 kq) və Orxan Əliyev (60 kq) rinqə çıxacaqlar. Tayfur yaponiyalı Araşi Morisaka ilə, Orxan isə serbiyalı Florian Saboyla üz-üzə gələcək. Yeniyetmələrin II Olimpiya oyunlarına lisenziya xarakteri daşıyan yarışa aprelin 24-də yekun vurulacaq.

Xəbər 1179 dəfə oxundu.