Cəfərov Hafiz Yusif oğlu - VƏFAT EDİB

Cəfərov Hafiz Yusif oğlu 26 aprel 1947-ci ildə Bakı şəhərində anadan olub.

1970-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Respublika Yüksək İdman Ustalığı Məktəbində stend atıcılığı üzrə baş məşqçi vəzifəsində çalışır. Ali kateqoriyalı məşqçi-müəllimdir. 1976-cı ildən bü günə kimi milli komandanın baş məşqçisi vəzifəsində çalışır. Bu müddət ərzində onun tələbələri N.Kuzmenko, V.Timoxin, Z.Meftəhəddinova Olimpiya, dünya, Avropa çempionatlarının qalibi, mükafatçısı və rekordçuları olmuşlar. Göstərdiyi xidmətlərə görə keçmiş SSRİ-nin İdman Ustası, Bədən Tərbiyəsi və İdman əlaçısı, Ümumittifaq dərəcəli hakim, keçmiş SSRİ-nin və Respublikanın əməkdar məşqçisi, Respublikanın Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan SSR əməkdar bədən tərbiyəsi və idman işçisi fəxri adlarına layiq görülüb. XX əsrin ən yaxşı məşqçisi adına layiq görulüb. 2000-ci ildə "Şöhrət" ordeni, 2004-cü ildə isə "Tərəqqi" medalı ilə təltif olunub.

Cəfərov Hafiz Yusif oğlu Azərbaycan Respublikası prezidentinin 5 mart 2008-ci il tarixli sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

H.Cəfərov 5 oktyabr 2020-ci ildə vəfat edib.

Xəbər 5005 dəfə oxundu.