"Arsenal"ın futbolçusu "Liverpul"un hədəfində
"Arsenal" klubunun müdafiəçisi Bakari Sanyaya daha bir klub rəsmi təklif göndərib.

"Liverpul" klubu fransız futbolçunun xidmətində maraqlıdır.

Mövsümün sonunda azad agent statusu alacaq 30 yaşlı futbolçu hələlik Liverpul"un təklifinə heç bir münasibət bildirməyib. Təcrübəli futbolçunun mövsümün sonunda "Arsenal"da qalacağı da istisna olunmur.

Qeyd edək ki, 2007-ci ildən "Arsenal"ın şərəfini qoruyan Sanya ilə "Milan" və "Napoli" klubları da yaxından maraqlanır.

Xəbər 871 dəfə oxundu.