"İnter"in Fernando Torres israrı davam edir
İtaliyanın "İnter" klubu "Çelsi"nin hücumçusu Fernando Torresi transfer etməkdə israrlıdır.

Milan təmsilçisi yenidən "Çelsi"yə müraciət edib.

Yeni mövsüm üçün hücum xəttini gücləndirməyi planlaşdıran "Çelsi"nin baş məşqçisi Joze Mourinyo ispaniyalı forvardı komandasında görmək istəyir. London təmsilçisi hətta Torresin transferi üçün 20 milyon funt təzminat da ödəməyə hazırdır.

Qeyd edək ki, 29 yaşlı futbolçu 2011-ci ildə 50 milyon avro qarşılığında "Liverpul"dan "Çelsi"yə transfer olunub.

Xəbər 816 dəfə oxundu.