Luka Modriç "Real"dan ayrılmayacaq
"Real" (Madrid) klubunun yarımmüdafiəçisi Luka Modriç yeni mövsümdə də komandada qalacaq.

Bu barədə klubun baş məşqçisi Karlo Ançelotti açıqlamasında deyib.

İtaliyalı mütəxəssis komandasının xorvatiyalı futbolçuya ehtiyacı olduğunu və Modriçin yeni mövsümdə də "Real"da qalacağını bildirib.

Qeyd edək ki, Modriçlə İngiltərənin "Çelsi" klubu yaxından maraqlanır.

Xəbər 869 dəfə oxundu.