Mingəçevirdə Respublika çempionatının zona mərhələsi keçirilib
10-14 aprel tarixlərində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Mingəçevir şəhərində “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Respublika çempionatının zona mərhələsi keçirilib.

Komandaların heyəti 5 idmançı, 1 məşqçi və 1 nümayəndədən ibarət olan yarışda, Respublikanın 16 şəhər və rayonundan gəlmiş idmançıları mübarizə aparıblar.

Yekun nəticələrə görə, birinci yerə Tovuz (852 xal), ikinciyə Gəncə (840 xal) , üçüncüyə Mingəçevir (821 xal) layiq görülüblər.

Qalib komandalar Gənclər və İdman Nazirliyinin diplomları ilə təltif olunublar.

Hər üç komanda 24-28 aprel 2014-cü il tarixlərdə Mingəçevir şəhərində keçiriləcək “Vətənin müdafiəsinə hazıram” politlon çoxnövçülüyünün final mərhələsinə vəsiqə qazanıblar.

Xəbər 955 dəfə oxundu.