Benzema Zidanı geridə qoydu | |
"Real"ın futbolçusu Kərim Benzema Madrid klubunun əfsanəvi oyunçusu Zinəddin Zidanı geridə qoyub. Hücumçu La Liqada "Almeriya" ilə görüşdə Madrid klubunda 228-ci oyununa çıxıb. Bununla da o, Zidanı (227) qabaqlayaraq "Real" tarixində ən çox matça çıxan fransız futbolçu olub. Qeyd edək ki, 2009-cu ildən La Liqa klubunun şərəfini qoyuran Benzema Madrid təmsilçisində 110 qol vurub. |
|
Xəbər 797 dəfə oxundu. |
|
|