Pepe: "Real" bütün titulları qazana bilər"
"Real" (Madrid) klubunun müdafiəçisi Pepe iddialı açıqlamaları ilə diqqət çəkib.

"Marca" qəzetinə danışan portuqaliyalı futbolçu komandasının bu mövsüm bütün titulları qazana biləcəyini deyib:

"Hazırda mövsümün ən çətin dövrüdür. Azarkeşlərimizin dəstəyini hiss edirik və buna qələbə ilə qarşılıq vermək istəyirik. Bu mövsüm bütün titulları qazana bilərik. Bunun üçün hər birimiz əlimizdən gələni edəcəyik"

Xəbər 898 dəfə oxundu.