“Neftçi” məşqlərə 7 futbolçusu olmadan başladı

"Neftçi" istirahəti başa vurub. idman.com.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Azərbaycan millisinin yoldaşlıq görüşü keçirməsi ilə əlaqədar Unibank Premyer Liqasında yaranmış fasiləyə görə istirahətə buraxılmışdı. Artıq dünən “ağ-qaralar” istirahəti bitərək, məşqlərə başlayıb. Bayraqdar öz bazasındakı meydançada hazırlıq keçib. Millimizin düşərgəsində olan futbolçular Rail Məlikovla Ruslan Abışov, U-21-in n üzvləri - Araz Abdullayev, Mirhüseyn Seyidov, Cavid İmamverdiyev və Tərlan Quliyev, eləcə də Özbəkistan yığmasına cəlb olunmuş Bahadır Nasimov məşq prosesində iştirak etməyiblər.
Qeyd edək ki, “Neftçi” növbəti turda noyabrın 20-də səfərdə "Qəbələ" ilə görüşəcək.

Xəbər 981 dəfə oxundu.