“Barselona” baş məşqçini dəyişir
“Barselona”nın baş məşqçisi Xerardo Martinonun klubdakı gələcək taleyi müəyyənləşib. Cari mövsümün sonunda argentinalı mütəxəssis komandanı tərk edəcək.

Məlumatda deyilir ki, Martino özü könüllə şəkildə getmək qərarına gəlib, klub isə buna etiraz etməyib. Tərəflər arasında müqavilənin qarşılıqlı şəkildə ləğv etməklə bağlı razılıq “Barselona”nın La Liqanın ötən şənbə günü “Qranada”ya qarşı keçirilmiş 33-cü turunun oyunundan (0:1) sonra əldə olunub.

Martinonun özünü “Barselona”da rahat hiss etmədiyi, klubun isə onun işindən narazı olduğu bildirilib.

Yayılan digər məlumata görə, “Barselona”nın yeni baş məşqçisi vəzifəsinə əsas namizədlər Dortmund “Borussiya”sının baş məşqçisi Yurgen Klopp və Almaniya millisinin çalışdırıcısı Yoahim Lövdür. Hazırda Kataloniya təmsilçinin bununla əlaqədar alman mütəxəssislərlə danışıqlar apardığı iddia edilir.

Xatırladaq ki, Martinonun baş məşqçisi olduğu “Barselona” Çempionlar Liqasının 1/4 finalında mübarizəni dayandırıb. La Liqada isə komanda üçüncü pilləni tutur.

Xəbər 845 dəfə oxundu.