İpək Soylu çempion oldu
Türkiyənin gənc milli tennisçisi İpək Soylu Antaliyada təşkil edilən və cəmi 10 min dollar mükafata sahib turnirdə çempion olub.

İdman.com.az saytının məlumatına görə, yarı finalda fransız idmançısı Romeoyu 6:1 və 6:0-lıq hesabla məğlub edərək, final mübarizəsində turnirin 1 nömrəli seribaşı olan İsrailli Deniz Khazaniuk ilə qarşılaşıb.

Son setdə rəqibinə yalnız tək oyun verən tennisçi seti 6:1 hesabı ilə qazanaraq çempionluğa çatdı.

Qeyd edək ki, İpək Soylu hələ də WTA sıralamasında ilk 500-lük içərisində iştirak edir.

Xəbər 2240 dəfə oxundu.