Messiyə yeni müqavilə
"Barselona" klubu komandanın hücumçusu Lionel Messiyə yeni müqavilə təklif edib.

Hər iki tərəf dünya çempionatının startına qədər danışıqları başa vurmağı düşünür.

Argentinalı futbolçunun Kataloniya klubu ilə mövcud sözləşməsi 2018-ci ildə başa çatacaq. Lakin "Barselona" rəhbərliyi Messini daha uzun müddətə komandada saxlamağı planlaşdırır. Ulduz futbolçunun "Barselona"dan 5 illik müqavilə və ilinə 25 milyon avro maaş tələb etdiyi bildirilir.

Qeyd edək ki, "Barselona" ilə danışıqlar uğursuz alınacağı təqdirdə Messinin İngiltərənin "Mançester Siti" klubuna transfer olunacağı iddia edilir.

Xəbər 849 dəfə oxundu.