Çempionlar Liqasında yarımfinal oyunlarının dəqiq vaxtı açıqlandı
Çempionlar Liqasında yarımfinal mərhələsinin oyun cədvəli açıqlanıb.

İdman.com.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu mərhələnin ilk oyunları 22-23 aprel, cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək.

Yarımfinal mərhələsinin oyun cədvəli aşağıdakı kimidir:


22 aprel

"Atletiko" (Madrid, İspaniya) - "Çelsi" (İngiltərə)


23 aprel

"Real" (Madrid, İspaniya) - "Bavariya" (Almaniya)


29 aprel

"Bavariya" (Almaniya) - "Real" (Madrid, İspaniya)


30 aprel

"Çelsi" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya)

Xəbər 933 dəfə oxundu.