"Liverpul" "Bavariya"nın futbolçusunu istəyir
"Liverpul" klubunun yeni mövsüm üçün növbəti transfer hədəfi bəlli olub.

Liverpul təmsilçisi "Bavariya"nın müdafiəçisi Jerom Boatenqə "elçi" düşüb.

Yeni mövsüm Çempionlar Liqasında oynamağı hədəfləyən "Liverpul" heyətini təcrübəli futbolçularla gücləndirmək niyyətindədir. Bu mənada baş məşqçi Brendan Rocersin komandasında görmək istədiyi ilk futbolçu məhz Boatenqdir. Komanda mövsümün sonunda Qana əsilli alman futbolçu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, 25 yaşlı futbolçunun "Bavariya" ilə müqaviləsinin müddəti 2018-ci ildə bitəcək.

Xəbər 828 dəfə oxundu.