“Vətənin müdafiəsinə hazıram” poliatlon çöxnövçülüyü üzrə rayon birinciliyi
Aprelin 9-da S.Vurgun adına Təngərüd kənd tam orta məktəbdə “Vətənin müdafiəsinə hazıram” poliatlon çöxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.

12 komandanın iştirakı ilə keçirilən yarış turnikdə dartınma, qumbara atma və 2000 metr məsafəyə kross qaçışı mərhələləri üzrə keçirilib.

Birinci, ikinci və üçüncü yerlərə müvafiq olaraq 426 zaçot xalı ilə Təngərüd kənd, 336 zaçot xalı üzrə Artupa kənd və 334 zaçot xalı üzrə şəhər 2 saylı tam orta məktəbin komandaları layiq görülüblər.

Fərqlənən idmançılar atletika üzrə rayon yığma komandasına namizədliyə qeydə alınıb.

Qalib komandalara Astara rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları təqdim olunub.

Xəbər 1176 dəfə oxundu.