2 boksçumuz reytinq siyahısında birincidir

Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) dünya çempionatının yekununa əsasən yeni reytinq cədvəlini açıqlayıb. idman.com. saytı xəbər verir ki, Azərbaycan idmançılarından Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) öz çəkilərində 1-ci yerdədirlər.
Onlardan fərqli, dünya çempionatında uğursuz çıxış edən Salman Əlizadə ilk sıradakı mövqeyini əldən verib. Millimizin üzvü 49 kq çəki dərəcəsi olan boksçular arasında 2-ci yerə enib. London Olimpiadasına lisenziya qazanan Elvin Məmişzadə (52 kq) 3-cü pillədədir. 56, 69 və 81 kq çəki dərəcələrində reytinq cədvəlində Azərbaycanın heç bir boksçusu yoxdur.

Xəbər 1389 dəfə oxundu.