Mançini sabiq futbolçusunu "Qalatasaray"a gətirir
"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini yeni mövsüm üçün növbəti transfer hədəfini açıqlayıb.

İtaliya mütəxəssis "Liverpul"un müdafiəçisi Kolo Tureni İstanbula gətirməyi planlaşdırır.

"Cim Bom"un müdafiə xəttini gücləndirmək niyyətində olan Mançini sabiq futbolçusunu komandasında görmək istəyir. Artıq Mançini bu istəyini rəhbərliyə də bildirib. 33 yaşlı futbolçu ilə danışıqlar müsbət nəticələnərsə, Ture yeni mövsümdən "Qalatasaray"da çıxış edəcək.

Qeyd edək ki, Mançini 2009-2013-cü illərdə Ture ilə birgə "Mançester Siti"də çalışıb.

Xəbər 792 dəfə oxundu.