"Qalatasaray"ın futbolçusu "Çelsi"nin hədəfində
"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo mövsümün sonunda transfer etmək istədiyi növbəti futbolçunun adını açıqlayıb.

Portuqaliyalı mütəxəssis "Qalatasaray"ın futbolçusu Brumaya "elçi" düşüb.

Mourinyo zədə səbəbindən mövsümün ikinci yarısında forma geyinə bilməyən portuqaliyalı futbolçunu yeni mövsümdən komandasında görmək istəyir. London təmsilçisi Brumanın keçidi üçün "Qalatasaray"a 13 milyon avro təklif edib.

Qeyd edək ki, "Tokatspor"la kubok matçında zədələnən 19 yaşlı futbolçu legioner limiti səbəbindən "Qaziantepspor"a icarəyə verilib.

Xəbər 976 dəfə oxundu.