Yeniyetmə qızlar "Zəfər Kuboku" uğrunda yarışacaq
11-13 aprel 2014-cü il tarixdə Türkiyənin Antalya şəhərində yeniyetmə güləşçilər arasında 17-ci "Zəfər Kuboku" beynəlxalq turniri keçiriləcək.

Turnirdə Türkiyə, Rusiya, Almaniya, Fransa, Belarus, Gürcüstan, İran, Ermənistan, Bolqarıstan, Qazaxstan, Qırğızıstanla yanaşı, ölkəmizin yeniyetmə qızlardan ibarət yığma komandası iştirak edəcək.

Məşqçilər Arif Fərmanov və Siracuddin Eldarovun rəhbərliyi altında 7 güləşçimiz turnirdə qüvvəsini sınayacaq. Heyətdə Türkan Nəsirova (46 kq), Tatyana Varantsova, Səbinə Həmzəlzadə (hər ikisi 49 kq), Leyla Qurbanova, Şəbnəm Əhmədova, Ləman Qurbanova (hamısı 52 kq) və Anita Kələntərova (70 kq) yer alıb.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Rövşən Azadov ölkəmizi təmsil edəcək.

Turnirin proqramına əsasən, aprelin 11-də 38, 46, 56, 65 kq, 12-də 40, 49, 60 kq, aprelin 13-də isə 43, 52 və 70 kq çəki dərəcəsində qızlar mübarizə aparacaq.

Xəbər 850 dəfə oxundu.