Rayon final mərhələsi keçirilib
Aprelin 9-da Xəzər rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə rayon məktəbləri arasında bədən tərbiyəsi və idmanı daha da geniş təbliğ etmək, məktəblilərin fiziki cəhətdən inkişafını və sağlamlıqlarının qorunmasını təmin etmək, istedadlı yeniyetmə və gəncləri aşkar etmək məqsədilə ХХVI Spartakiadanın dördnövçülük növü üzrə qızlar və oğlanlar rayon final mərhələsi keçirilib.

Buzovna qəsəbə stadionunda Rayon final mərhələsində qızlar və oğlanlar arasında 5 məktəb 30 nəfər idmançı öz qüvvəsini sınayıblar.

Yekun nəticələrə görə, oğlanlar arasında birinci yerə 26, ikinciyə 92, üçüncüyə 181 saylı orta məktəb; qızlar arasında birinci yerə 234, ikinciyə 181, üçüncüyə 230 saylı tam orta məktəbin komandası layiq görülüb.

Sonda qaliblər Xəzər rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

Xəbər 1019 dəfə oxundu.