"Vətənin müdafiəsinə hazıram" çoxnövçülüyü üzrə şəhər birinciliyi
Startı 4 aprel tarixində Sumqayıt Dövlət Universitetinin stadionunda verilmiş yaz çağırışına həsr olunmuş "Vətənin müdafiəsinə hazıram" çoxnövçülüyü üzrə ali, orta ixtisas, TPL və tam orta ümumtəhsil məktəbləri arasında şəhər birinciliyinə 5 aprel tarixində yekun vurulub.

Birincilikdə ali, orta ixtisas və Texniki Peşə Liseyləri arasında Sumqayıt Dövlət Texniki Kollecin komandası birinci, Sumqayıt Tibb Kollecinin tələbələri ikinci, Sumqayıt Dövlət Universitetinin komandası isə üçüncü yerə layiq görülüblər.

Tam orta ümumtəhsil məktəbləri arasında 43 saylı tam orta məktəbin komandası birinci, 41 və 24 saylı tam ota məktəblərin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.

Yarışların qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin kuboku, fəxri fərmanı və hədiyyələri ilə təltif olunublar.

Xəbər 963 dəfə oxundu.