Azərbaycan voleybolçuları finalda uduzdular

Ölkəmizin qadın voleybolçulardan ibarət milli komandasının London-2012-də iştirak etmək şansı digər olimpiya təsnifat yarışlarına qalıb. idman.com. saytı xəbər verir ki, Bakı İdman Sarayında keçirilmiş mübarizədə meydan sahibələri düşən fürsəti dəyərləndirə bilməyiblər. Finala qədər irəliləyən Faiq Qarayevin komandası bu mərhələdə yeganə vəsiqə uğrunda görüşdə bolqarıstanlı həmkarlarına uduzub - 2:3 (12:25, 25:21, 18:25, 25:15, 9:15).

Xəbər 949 dəfə oxundu.