"Land of fire Azerbaijan" formaları satışda
Bir müddətdir "Atletiko" üzərində "Land of fire Azerbaijan" yazılan formaları satışa çıxarıb.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bir formanın qiyməti 59.90 avrodur.

Qeyd edək ki, "Atletiko" 2013-ci ildə "Bakı" klubunun prezidenti Hafiz Məmmədovla sponsorluq müqaviləsi imzalayıb. Müqaviləyə əsasən klubun oyunçuları meydana üzərində "Land of fire Azerbaijan" yazılmış forma ilə çıxır.

Xəbər 979 dəfə oxundu.