İnyesta 500-ə çatdı
"Barselona"nın futbolçusu Andres İnyesta üçün Çempionlar Liqasının 1/4 finalında "Atletiko" ilə cavan matçı (0:1) əlamətdar olub.

Bu görüşlə təcrübəli yarımmüdafiəçi Kataloniya klubu ilə 500-ci matçına çıxıb.

İnyesta indiyə kimi La Liqada 331, Çempionlar Liqasında 98, UEFA kubokunda 3, İspaniya kubokunda 51, İspaniya superkubokunda 10, UEFA superkubokunda 2 və Dünya klublar çempionatında isə 5 oyunda iştirak edib.

Xəbər 738 dəfə oxundu.