Robben: "Çelsi" ilə qarşılaşmağımızı istəmirəm"
"Bavariya"nın futbolçusu Aryen Robben Çempionlar Liqasının 1/4 finalında "Mançester Yunayted"lə oyundan sonra fikirlərini bildirib.

Hollandiyalı oyunçu "MY"nı məğlub edərək yarımfinala yüksəldikləri matç haqda bunları deyib:

"Birinci hissədə çox yaxşı təsir bağışladıq. Topla daha sürətli oynayırdıq. Oyundan əvvəl keçirilən məşqdə etdiyim hərəkətlər vurduğum qolda rol oynadı".

Robben yarımfinala vəsiqə qazanan komandalar haqda da danışıb. Bildirib ki, "Çelsi" ilə qarşılaşmaq istəmirlər:

"Çelsi" ilə qarşılaşsaq, bizim üçün çox çətin olacaq. Hətta bu, bizim üçün ən pis püşkdür".

Xəbər 806 dəfə oxundu.