Kazorla: "İspaniyaya qayıtmaq istəyirəm"
"Arsenal" klubunun futbolçusu Santo Kazorla gələcək karyerası haqda danışıb.

Təcrübəli futbolçu "Footbal Espana"ya açıqlamasında İspaniyaya qayıtmaq istədiyini bildirib:

"Arsenal"a titul qazanmağa gəlmişəm. Hər bir futbolçu qələbə qazanmaq istəyir. "Arsenal" uzun müddətdir ki, titul qazanmır. Hazırda mənim komanda ilə müqaviləm var. Müqavilənin müddəti başa çatdığında mənim 31 yaşım olacaq və bundan sonra artıq İspaniyaya qayıtmaq istəyərəm".

Qeyd edək ki, Kazorla 2012-ci ildə "Malaqa"dan "Arsenal"a transfer olunub.

Xəbər 757 dəfə oxundu.