Ançelotti "Mançester Siti"nin futbolçusunu istəyir
"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti mövsümün sonunda transfer etmək istədiyi futbolçunun adını açıqlayıb.

İtaliyalı mütəxəssis "Mançester Siti"nin yarımmüdafiəçisi David Silvaya "elçi" düşüb.

"Real" rəhbərliyi də yarımmüdafiə xəttində yaranan boşluğu məhz Silva ilə doldurmaq niyyətindədir. Yüksək məbləğ təklif edəcəyi təqdirdə "Mançester Siti"nin Silvanı "Real"a buraxacağı gözlənilir.

Qeyd edək ki, Silva 2010-cu ildə "Valensiya"dan "Mançester Siti"yə transfer olunmuşdu.

Xəbər 788 dəfə oxundu.