Kasilyasın yeni klubu müəyyənləşdi
"Real"ın futbolçusu İker Kasilyas mövsümün sonunda Madrid klubundan ayrılacaq.

Təcrübəli qolpikerin İspaniya millisindəki komanda yoldaşı Santi Kasorla deyib ki, Kasilyas yeni mövsümdən "Arsenal"da oynayacaq.

Qeyd edək ki, 2007-ci ildən "Real"ın şərəfini qoruyan Kasilyas indiyə kimi 647 matçda iştirak edib. Ancaq Dieqo Lopesin ötən mövsüm Madrid təmsilçisinə transferinin ardından Kasilyasa az şans verildiyi üçün onun klubdan ayrılacağı iddia edilir.

Xəbər 769 dəfə oxundu.