Serxio Ramos: "Yarımfinala vəsiqəni haqq etdik"
"Real" (Madrid) klubunun müdafiəçisi Serxio Ramos Çempionlar Liqasında 1/4 final mərhələsinin "Borussiya" ilə görüşü haqda danışıb.

İspaniyalı futbolçu UEFA-nın rəsmi saytına açıqlamasında komandasının yarımfinala vəsiqəni haqq etdiyini bildirib:

"Borussiya"nın dünənki oyununa görə onlara hörmətlə yanaşıram. Rəqibimiz çox yaxşı komandadır və azarkeşlərinin dəstəyi sayəsində gözəl oyun sərgilədilər. İlk oyunda böyükhesablı qələbə qazanmağımıza baxmayaraq cavab qarşılaşmasında problemlə üzləşdik. Bununla belə, komandamın yarımfinala vəsiqəni haqq etdiyini düşünürəm".

Qeyd edək ki, səfərdə rəqibinə 0:2 hesabı ilə uduzan "Real" ilk oyunda 3:0 hesablı qələbə qazandığından yarımfinala adlayan tərəf olub.

Xəbər 745 dəfə oxundu.