"Atletiko" Çempionlar Liqasını qazana bilər"
Uzun illər "Barselona" və "Real"ın şərəfini qoruyan Mixael Laudrup "Atletiko"nun bu mövsüm güclü olduğunu bildirib.

Son olaraq "Suonsi"də baş məşqçilik edən 49 yaşlı mütəxəssis Madrid klubunun bu mövsüm Çempionlar Liqasını qazanacağına inandığını deyib:

"Atletiko" bu mövsüm çox uğurlu çıxışı edir. ÇL-in favoritlərdən biri də sübhəsiz ki, onlardır. "Atletiko"ya qarşı oynamaq çox çətindir. Bu il Madrid təmsilçisinin ili ola bilər".

Qeyd edək ki, ÇL-in 1/4 finalında ilk matçda səfərdə "Barselona" ilə bərabərə (1:1) qalan "Atletiko" bu gün Kataloniya klubunu öz meydanında qəbul edəcək.

Xəbər 324 dəfə oxundu.